“Qarabağ”ın Türkiyədəki beş rəqibi bilindi – FOTO

0
273

“Qarabağ”ın qış hazırlıq planı müəyyənləşib.

Komanda yanvarın 5-i Bakıda məşqləri bərpa edəcək

Hazırlığın 2-ci mərhələsi Türkiyənin Antalya şəhərində baş tutacaq. Ayın 12-də qardaş ölkəyə yollanacaq komanda “Gloria Sports Arena”da məskunlaşacaq.

“Qarabağ” FK yanvarın 14-ü “Qaz Metan” (Rumıniya), yanvarın 21-i “Şlyonsk” (Polşa), yanvarın 25-i isə Krakov “Visla”sı (Polşa) ilə qarşılaşacaq.

Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın “Baçka Topola” və Slovakiyanın “Tatran” klubları ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının hazırkı liderinin Antalya toplanışı yanvarın 26-da başa çatacaq.