
30 yaşlı konqolu hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalanıb.
Qeyd edək ki, Delarj daha öncə Türkiyədə “Osmanlıspor” və “Buraspor”un şərəfini qoruyub. Forvard “Qarabağ”a da məhz 2018-ci ilin yayında Bursa klubundan keçib. Afrikalı oyunçu Ağdam təmsilçisində heyətə düşə bilməyib və klub cari mövsümün əvvəlində onunla yollarını ayırıb. Con Delarj son olaraq Çexiyanın “Dinamo” (Budejovic) komandasının formasını geyinib.