“Qarabağ” klubunun və Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunacaq.
Bu barədə Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, 27 yaşlı qolkiper qolundakı problem səbəbindən cərrahi müdaxiləyə ehtiyac duyub. Məhəmmədəliyevin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.
Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın digər qapıçısı Emil Balayev Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.