“”Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki potensial rəqibləri müəyyənləşib.
Ağdam təmsilçisi 1/8 finala vəsiqə uğrunda Avropa Liqasında qruplarını 3-cü pillədə başa vurmuş komandalardan biri ilə qarşılaşacaq.
Bunlar Çexiyanın “Sparta” (Praqa), Niderlandın PSV, İngiltərənin “Lester”, Türkiyənin “Fənərbağça”, Fransanın “Marsel”, Danimarkanın “Midtülan”, Şotlandiyanın “Seltik” və Rumıniyanın “Rapid” (Vyana) komandalarıdır.
Qeyd edək ki, püşkatma dekabrın 13-də keçiriləcək.