“Qarabağın məşhur müəllimləri” – Süleyman Rəhimov

0
480

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması Süleyman Rəhimovdur.

Süleyman Rəhimov  22 mart 1900-cü ildə Zəngəzur mahalının (hazırkı Qubadlı rayonu) Əyin kəndində anadan olub. O, ibtidai təhsilini ikisinifli rus məktəbində alıb. Daha sonra texnikum və ali təhsil müəssisəsini bitirib.

1921-ci ildə Xanlıq kəndində yeni açılmış məktəbdə müəllim işləməyə başlayıb. Şuşada pedaqoji kursda oxuduqdan sonra uzun müddət Zəngəzur mahalının müxtəlif rayonlarında müəllimlik edib.

1928-ci ilin payızında Bakıya gələrək, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində təhsil alıb, eyni zamanda, Qaraşəhərdə ikinövbəli savad kursunda yaşlı fəhlələrə dərs deyib.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur.

Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbə xəbərlərinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.