“Qarabağın məşhur müəllimləri” – Həsənəli xan Qaradaği

0
377

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti tarixi siması görkəmli Azərbaycan maarifpərvəri, şair, pedaqoq, teatr xadimi Həsənəli xan Qaradağidir.

O, 1848-ci il 28 yanvar tarixində Şuşada anadan olub.

Qaradaği istedadlı bir şair kimi şöhrət tapmaqla yanaşı, 60-cı illərin sonundan müəllimlik fəaliyyətinə başlayıb. Evində uşaqlara dərs deyən Həsənəli xan Qaradaği şagirdlərinə dərsi özünün tərtib etdiyi sadə üsulla: təbaşir və yazı lövhəsi ilə, parta arxasında ana dilində keçirdi. Dərs zamanı yazı lövhəsi və partadan ilk olaraq istifadə edən məhz Həsənəli Xan Qaradaği olub.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.