“Qarabağ”ın ispaniyalı futbolçusu icarəyə verildi – FOTO

0
274

“Qarabağ”ın futbolçusu Qaspar Panadero Kiprin AEK klubuna icarəyə verilib.

Əldə olunmuş razılığa əsasən, ispaniyalı yarımmüdafiəçi mövsümün sonuna qədər AEK-də çıxış edəcək.

Qeyd edək ki, 24 yaşlı Qaspar Panadero ötən ilin avqustun 4-də “Qarabağ”la bir illik müqavilə bağlayıb. Bu isə o deməkdir ki, oynadılmayan bu futbolçu mövsümün sonunda komandadan ayrılacaq.