Qarabağdan qaçan separatçılar İsveçrəyə üz tutdu: İrəvanda Bakıya qarşı plan

0
37

Qarabağdan Ermənistana qaçan separatçıların yaratdığı qondarma “artsax üzrə beynəlxalq komitə”nin koordinatoru Vardan Oskanyan və dəstəsi Avropa ölkələrində keçirdikləri görüşlərin ikinci raundunu başa vurub.

Oskanyan və dəstəsi hazırda Ermənistandadır.

“Hraparak” nəşri yazır ki, Oskanyan və qondarma komitənin üzvləri bu dəfə əsasən İsveçrədə görüşlər keçirib. Oskanyan və qondarma komitə üzvləri Ermənistanda separatçılarla görüşəcək, İsveçrədə apardıqları danışıqlar haqqında məlumatlar verəcəklər.

Qeyd edək ki, Oskanyan və dəstəsinin daha öncə Avropada müxtəlif siyasi xadimlər, beynəlxalq təşkilatların nümayəndəsi, o cümlədən, Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi (vəzifəsini başa vurub-red) Toivo Klaarla görüşmüşdü.