Ermənistan tərəfi Qarabağı tərk edən ermənilərin statistikasını açıqlayıb: 50243 nəfər;
Qarabağda bu qədər erməninin olmadığı, rəsmi İrəvanın rəqəmləri şişirtdiyi bəllidir. Bunu Rusiya sülhməramlılarının rəqəmləri, Azərbaycanın əlində olan statistika və separatçıların etirafları da isbat edir.
– 44 günlük müharibədən sonra Rusiya sülhməramlıları erməniləri Qarabağa qaytarmağa başladı və son açıqladıqları statistika 52 min 700 nəfər idi. Bu rəqəmdən sonra statistika yenilənmədi;
– Ermənistan və separatçılar 120 min erməninin olduğu iddiasından əl çəkməsə də, 2021-ci ilin iyun ayında Araik Arutyunyan Paşinyanla münasibətlərinə görə ona qarşı irəli sürülən ittihamlara “Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” cavabını vermiş, bununla da erməni əhalisinin real sayını etiraf etmişdi;
– Rəsmi Bakı iki il öncə Qarabağda 25 min erməninin olduğunu açıqlamış, bu statistikanın Laçın yoluna vizual nəzarət nəticəsində əldə edildiyini bildirmişdi: o vaxt rusların nəzarətində olan yoldan gəlib-gedənlərin sayı hesablanırdı;
Bu statistika fonunda Ermənistanın açıqladığı rəqəmlər nəinki reallıqdan uzaqdır, hətta özlərini də təkzib edirlər. Çünki müharibədən sonra separatçılar Qarabağa 105 min erməninin qayıtdığını iddia edirdi, bu gün isə ərazidə 120 min erməninin olduğu iddiasından bəhs edirlər.
İrəvanın rəqəmlərini sülhməramlıların açıqladığı və real statisatika ilə müqayisə etsək, qəribə mənzərə ortaya çıxır:
– Sülhməramlıların son statistikasında 52700 erməni var idi: belə görünür, 50243 erməni köçüb, Qarabağda 2500-dən də az erməni qalıb;
– Separatçıların etiraf etdiyi 35 min, Azərbaycanın hesabladığı 25 minlə müqayisə isə o deməkdir ki, Paşinyan hakimiyyəti Qarabağdan köçən hər ermənini iki nəfər kimi hesablayır;
Rəsmi İrəvanın rəqəmləri şişirtməkdə məqsədi bəllidir: bundan həm “erməni deportasiyası” kampaniyasında, həm də daxili siyasətdə istifadə edəcəklər, xüsusilə “Qarabağ ermənilərinə” sahib çıxdıqları görüntüsü yaradırlar;