“Qarabağ”dan daha bir əcnəbi transferi: Bu dəfə Kabo Verdedən – FOTO

0
499

“Qarabağ” daha bir futbolçunun transferini reallaşdırıb.

Patrik Andrade komandaya transfer olunub.

Bolqarıstanın “Çerno More” klubundan transfer olunan mərkəz yarımmüdafiəçisinin müqavilə detalları barədə məlumat verilməyib.

27 yaşlı Kabo Verdedən olan oyunçu karyerası ərzində Portuqaliyada “Ribeyran”, “Joani”, “Moreyrense”, “Famalikan” və “Salqueyruş” klublarında oynayıb.

Qeyd edək ki, “Qarabağ” yay fasiləsində Emil Balayev, kolumbiyalı Kevin Medina, haitili Vild-Donald Qerye və serbiyalı Uroş Matiçi heyətinə cəlb edib.