Qarabağdakı rus sülhməramlıları dəyişdirilməlidir – Blinkenin köməkçisi

0
583

Dövlət Departamenti hesab edir ki, Rusiyanın Azərbaycan Respublikasının Qarabağ iqtisadi regionundakı sülhməramlıları dəyişdirilməlidir.

Bunu ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində çıxışı zamanı deyib.

“2020-ci il atəşkəs bəyanatına görə, Rusiya qoşunları hazırda oradadır, bu, onların ilk müddətidir. Bu ölkələr (Ermənistan və Azərbaycan – Qeyd) üçün alternativ olarsa, Rusiya sülhməramlılarının iştirakına artıq ehtiyac qalmayacaq. Onlar artıq sülhməramlılar kimi öz vəzifələrini yerinə yetirə bilməyiblər”, – ABŞ dövlət katibinin köməkçisi deyib.

O əlavə edib ki, ABŞ Rusiya sülhməramlılarına alternativ təklif etməyə hazırdır:

“Ən yaxşı yanaşma hər iki ölkəyə alternativ verməkdir – bizimlə və Qərblə işləmək”.