Qarabağda “xüsusi əməliyyat”la Laçın dəhlizini… – Ermənilər təşvişdə

0
182

Ermənistanda Azərbaycanın Qarabağla bağlı ata biləcəyi addımlar müzakirə mövzusu olub.

Erməni mediası və siyasi ekspert cameəsi Bakının iki istiqamətdə addım atacağı iddiasından bəhs edirlər.

Birincisi, Qarabağda “xüsusi əməliyyatın” keçirilməsidir;
İkincisi, Laçın dəhlizinə nəzarət-keçid məntəqəsinin qurulması, yaxud ən azından dəhlizdən keçən nəqliyyatın sayının məhdudlaşdırılmasıdır;

“Fakt” nəşri yazır ki, Azərbaycanın “xüsusi əməliyyat” keçirməsi və Laçın dəhlizinə nəzarət etməsi üçün əsaslar yaranır: “Azərbaycan tərəfinin məlumatlarına görə, Ermənistan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edib, Sarıbaba yüksəkliyinə basdırılan minaları dəhlizdən daşıyıb. Bu, Azərbaycanın Laçın dəhlizinə nəzarətinə əsas yaradan amildir. Bununla yanaşı, Bakının “xüsusi əməliyyat” keçirməsi gözləntiləri də var”.

Erməni ekspert Tiqran Qriqoryan da bildirir ki, İrəvanda hərbi gərginliyin artması təşvişi var.

“Hər kəs hərbi eskalasiyanın artmasını gözləyir. Azərbaycanın Laçın dəhlizində nəqliyyat keçidini azaltmaq istiqamətində addımlar ata biləcəyi də gözləntilər arasındadır”, – erməni ekspert iddia edib.