Qarabağda “Qırmızı kitab”a düşən növlərə dəymiş ziyan müəyyənləşdirilir – RƏSMİ

0
378

“İşğaldan azad edilmiş ərazilərdə fauna və floraya dəymiş ziyanın müəyyənləşdirilməsinə başlanılıb”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova bildirib.

Onun sözlərinə görə, Azərbaycan torpaqlarının 30 illik işğal müddətində fauna və floraya ciddi ziyan dəyib: 

“Hətta işğal dövründə “Qırmızı kitab”a düşmüş növlərə də ciddi ziyan dəyib. Çoxillik ağaclar yandırılıb, kökləri məhv edilib, heyvanların yaşayış yeri olan meşələrə ziyan dəyib”.

O qeyd edib ki, hazırda bu məsələlər araşdırılır.