Qarabağda nə qədər erməniəsilli şəxs qalıb? – Əmirbəyov AÇIQLADI

0
455

“Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az adam qalıb”.

Bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, səfir Elçin Əmirbəyov deyib.

O, xarici jurnalistin “nə qədər erməniəsilli Azərbaycan vətəndaşı Qarabağdan qaçıb? Neçəsi qalıb və onların təhlükəsiz qayıtmasını təmin etmək üçün nə edirsiniz?” sualını cavablandırarkən bu barədə danışıb:

Onların əksəriyyətinin artıq Ermənistan pasportları var və ən azı üçdə biri əslən Qarabağdan olanlar deyil, son onilliklərdə bir növ “müstəmləkəçilik” ruhunun təsiri ilə Ermənistandan gəlib Qarabağda qanunsuz şəkildə məskunlaşanlardır. Azərbaycan vətəndaşlığı üçün müraciət edən və separatçı hərəkətlərdən əl çəkmək öhdəliyi götürən mindən az adam qalıb”.

Səfir Əmirbəyov nəzərə çatdırıb ki, “bir çox konstitusiyada, o cümlədən İtaliya konstitusiyasında dövlətə ciddi təhlükə olan aqressiv separatizm qadağan olunub”. Onun firkincə, “onları geri qaytarmaq mürəkkəb məsələdir”.

“Biz başa düşürük ki, 30 illik münaqişədən sonra qaçmaq öngörülə bilən bir seçimdir, lakin bu onların özlərinin fərdi bir seçimi olmuşdur, baxmayaraq kı, Azərbaycan höküməti onları ölkəni tərk etməməyə çağırışlar etmişdir. Biz Azərbaycana tezliklə qayıtmağa imkan verən portal yaratmışıq və biz bu insanların təhlükəsizliyinə, hüquqlarına və iqtisadi rifahına zəmanət vermək öhdəliyi götürürük. Hesab edirik ki, qalan az sayda insan, onların qaçanlarla təmasda olduğunu nəzərə alsaq, cəlbedici rol oynaya bilər”.