
İşğaldan azad olunmuş ərazilərin qazlaşdırılması ilə bağlı hazırki mərhələdə yalnız layihələndirmə işləri həyata keçirilir.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov məlumat verib.
O bildirib ki, ilkin növbədə gündəmdə Şuşa şəhərinin və Ağdamın qazlaşdırılması məsələsidir.
Teymur Cəfərovun sözlərinə görə, layihələndirmə işləri başa çatdıqdan və maliyyələşdirmə məsələsi həll olunduqdan sonra qazlaşdırılma işləri aparılacaq:
“Qeyd etdiyimiz işlər yekunlaşdıqdan və sayğaclar quraşdırıldıqdan sonra onların istismara verildiyi ərəfədə kodlaşdırma işləri həyata keçiriləcək”.