Qarabağda gizlənən terrorçular kimlərdir? – Ermənilərin gizli planının DETALLARI

0
167

Prezident İlham Əliyev Bakıda MDB ölkələrinin kəşfiyyat şeflərini qəbul edərkən Qarabağda hələ də gizlənən silahlı qrupların olduğunu açıqladı.

“Bizdə olan məlumatlara görə, hələ ərazimizdə gizlənməyə davam edən müəyyən qruplar mövcuddur. Sentyabrın 20-dən sonra Qarabağda hərbi təxribatlar törədildi. Ərazi kifayət qədər böyükdür, dağlıqdır, meşəlikdir, buna görə də bizə ərazini quldur birləşmələrindən tamamilə təmizləmək üçün vaxt lazım olacaq”, – Əliyev qeyd edib.

Antiter tədbirlərindən sonra Qarabağda başlanan erməni qruplaşmaların tərki-silah edilməsi prosesi hələ də davam edir. Son rəsmi məlumatda qeyd olunur ki, qanunsuz erməni silahlı birləşmələrin anbarlarından indiyə qədər 66,1 milyon döyüş sursat, 92 ədəd zirehli texnika, 142 ədəd avtomobil, 124 ədəd hava hücumundan müdafiə texnikası, 112 ədəd səhra artilleriya silahı, YARS və minaatan, 1 ədəd PUA, 7 min ədəddən çox atıcı və tank əleyhinə silah götürülüb.

Lakin proses hələ başa çatmayıb. Bunun ilkin səbəbi erməni separatçıların bölgəni böyük ölçüdə silahlaşdırmasıdır. Təhvil alınan silah-sursatın miqdarı da bunu təsdiq edir. Digər səbəb Prezident İlham Əliyevin açqlamasında ortaya çıxdı: hələ də müəyyən qruplar gizlənir;

  • Qarabağda gizlənən silahlı qruplar kimlərdir?
  • Bu qruplar harada gizlənirlər?
  • Onların məqsədi nədir?

Əliyevin açıqlaması bu sualları da ön plana çıxardı.

Bu qruplaşmaların kimlər olduğuna dair bir neçə versiya var.

  1. Erməni terror təşkilatlarının üzvləri: 44 günlük müharibədən sonra ASALA terrorçularının Qarabağa gizli şəkildə sızdığına dair məlumatlar var idi, istisna deyil ki, terrorçular hələ də gizlənirlər;
  2. Adları Bakının “qara siyahısı”nda olan cinayətkarlar: o da istisna deyil ki, gizlənən qruplar I və II Qarabağ müharibəsində azərbaycanlılara qarşı qətliamlar, soyqırımlar törədən şəxslərdir;

Erməni terrorçuların gizlənə biləcəyi yerlər dağlar və meşələr, o cümlədən, işğal dövründə hazırlanmış gizli bunkerlər ola bilər. Hələ işğal dövründə bunkerlərə bir, yaxud bir neçə illik ərzağın toplandığı bəllidir.

Bu qrupların əsas məqsədi gizlənmək və bacardıqca sağ qalmaqdır. Çünki təslim olacaqları təqdirdə həbs ediləcəkləri təhlükəsi də var. Lakin mümkündür ki, gizlənən silahlı dəstələr müəyyən müddətdən sonra Azərbaycan ordusuna qarşı terror hücumlarının törədilməsini də planlaşdırırlar.

Oktyabrın 3-də Xankəndidə Azərbaycan hərbçiləri və Rusiya sülhməramlılarının birgə patruluna snayperdən açılan atəş də erməni terrorçuların hələ də gizləndiyini təsdiq edən faktlardandır.Bölgədə davam edən təmizləmə əməliyyatında silahların təslim edilməsi prosesi həyata keçirilir, bu proses başa çatdıqdan sonra gizlənən qrupların zərərsizləşdirilməsi mərhələsinin başlanacağı gözləniləndir.