Qarabağda həyata keçirilən axtarış tədbirləri nəticəsində daha bir erməni hərbçisinin cəsədinin qalıqları aşkar olunub.
Məlumatda cəsədin qalıqlarının yanvarın 30-da aşkar olunduğu bildirilib. Bu gün isə axtarış tədbirləri həyata keçirilməyib.
Beləliklə, bugünədək Azərbaycan ərazisində cəsədləri tapılan, ikinci Qarabağ müharibəsi zamanı öldürülmüş erməni hərbçilərinin ümumi sayı 1345 nəfərə çatıb.