Qarabağ Xronikası: Xocalının gizli qalan həqiqətləri – VİDEO

0
146

Baku TV-nin “Qarabağ xronikası” verilişinin 134-cü buraxılışı efirə gedib.

Verilişin aparıcısı, hərbi müxbir Fərdin İsazadə budəfəki buraxılışda Xocalı soyqırımının gizli qalan həqiqətlərindən bəhs edib.

F.İsazadə qeyd edib ki, şəhərə hücum dörd istiqamətdən həyata keçirilib:

“Əməliyyatı hazırlayan və ona rəhbərlik edən hərbi cani Arkadiy Ter-Tadevosyan olub. Plana əsasən, Xocalıya ilk zərbə Təzəbinə və Xankəndi istiqamətlərindən endirilməli idi. Xankəndidən irəliləyən silahlılara atəş dəstəyini isə SSRİ silahlı qüvvələrinin 366-cı motoatıcı alayı və 622 saylı kimyəvi hücumdan müdafiə əlahiddə taboru verməli idi. 

152 mm-lik haubitsadan Xocalıya üç artilleriya zərbəsi əməliyyatın başlamasına siqnal olmalı idi. Amma topdan qeyri-müəyyən texniki səbəblərə görə atəş açmaq mümkün olmur. Əməliyyatın başlamasına ikinci siqnal isə əraziyə Xankəndi istiqamətindən dəmir yolu ilə gətirilən selitra yüklü vaqonun partladılması idi. O da baş tutmur… Bu səbəbdən əməliyyat planlaşdırıldığı kimi başlamır və Xocalı əhalisinə qarşı hücuma Mehdibəylidə mövqelənən cəlladlar keçirlər”.