Qarabağ xanlarının, Natavanın dağıdılmış məqbərələri – FOTOLAR

0
328

Media nümayəndələri, deputatlar, QHT rəhbərləri Ağdamda bir neçə dağıdılmış məqbərə ilə tanış olublar.

Pənahəli xanın, İbrahimxəlil xanın və Mehdiqulu xanın məqbərələri ilə tanışlıq olub.

Eyni zamanda Xurşudbanu Natavanın da dağıdılmış məqbərəsinə baxış olub.

Bu ərazilərdə vaxtı ilə X.Natavanın şəxsən əkdiyi çinar ağacları olub.

Ancaq işğal müddətində həmin çinar ağaclarının hamısı məhv edilib.