Ermənistandakı hadisələrə rəğmən, Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə davam edilməsi əhəmiyyətlidir.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Sözçü bildirib ki, Dağlıq Qarabağ razılaşmalarının tətbiqinə davam edilməsi istiqamətində hər hansı təhdid görmürlər: “Hazırda bütün razılaşmalar icra olunur”.
Paşinyan və Rusiya Prezidenti Vladimir Putinlə dünənki telefon danışığını qiymətləndirən Peskov “görüşməyə dair tərəfimizdən yayımlanan mətni diqqətlə izləmisinizsə, Putinin Ermənistandakı problemlərin qanun çərçivəsində həlli lehinə danışdığını görmək fürsətiniz var. Bu açıqlama çox vacibdir” deyib.