Qarabağ Qazisi 3 aylıq təqaüdünü Koronavirusla Mübarizə Fonduna köçürdü…

0
445
Kəlbəcər rayon sakini, 2-ci qrup Qarabağ Qazisi Zeynalov Əfqan Behbud oğlu COVİD – 19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədilə dövlət tərəfindən həyata kecirilən genişmiqyaslı tədbirlərə qoşularaq 3 aylıq təqaüdünü (1500 manat) Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
Bunu saytımıza Qarabağ Qazisinin özü bildirib.
Qeyd edək ki, ölkə üzrə prezidentin təşəbbüsünə qoşulanların sayı minlərlədir və qısa zamanda bu fonda 100 milyona yaxın vəsait köçürülüb.