Azərbaycan Premyer Liqasında 2022/23 mövsümünün mükafatlandırma mərasiminin vaxtı və yeri müəyyənləşib.
Mayın 28-də “Azersun Arena”da keçiriləcək “Qarabağ” – “Turan Tovuz” oyunundan sonra Ağdam klubu çempionluq kubokuna qovuşacaq.
Həmin gün, həmin məkanda “Sabah” gümüş, “Neftçi” bürünc medalları alacaq.
“Qarabağ” – “Turan Tovuz” matçının saatı hələlik dəqiqləşməyib. Ancaq bu, mövsümün son oyunu olacaq. Eyni zamanda “Neftçi” – “Sabah” qarşılaşması bir qədər erkən saata salınacaq ki, adıçəkilən komandalar mükafatlandırma mərasiminə çata bilsinlər.
Premyer Liqada 36-cı turun bütün oyunları mayın 28-də təşkil olunacaq.