“Qarabağ” Çempionlar Liqası ilə vidalaşdı – YENİLƏNİB-4 – FOTOLENT

0
565
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirib.
 Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə üz-üzə gəliblər. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.
Mövsümdə ilk dəfə bu arenada meydana çıxan “Qarabağ” bu yay keçirdiyi 5 avrokubok matçında uduzmasa da, bu dəfə məğlubiyyətə üzülüb. Ağdam klubu zəif başladığı oyunun 34-cü dəqiqəsində qapısında qol görüb. Rəqibin kapitanı Tomas De Vinsenti penaltini dəqiq yerinə yetirib. İlk hissə qonaqların 1:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
İkinci 45 dəqiqə “Qarabağ”ın hücumları ilə başlayıb. Lakin son nöqtəni qoyan olmayıb. Azarkeşlərin dəstəyi də Qurban Qurbanovun komandasına kömək etməyib. Kiprlilər 68-ci dəqiqədə daha bir dəfə fərqlənərək, 2 top fərqi ilə önə keçiblər.
Riçard Almeydanın da ikinci sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı matç “Qarabağ”ın 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Ümumi hesabda 2:3 hesabı ilə uduzan Azərbaycan çempionu Çempionlar Liqası ilə vidalaşıb.
Buna baxmayaraq, təmsilçimiz avrokubokda mübarizəni davam etdirəcək. “Qarabağ” Avropa Liqasının pley-offunda qüvvəsini sınayacaq. Burada rəqibimiz isə “Sutyeska” – “Linfild” cütünün qalibi olacaq.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
Çempionlar yolu
13 avqust
20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) – 0:2
QOLLAR: De Vinsenti, 34, Uroş Matiç, 68
Baş hakim: Daniel Siebert (Almaniya)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqirou, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Cuna Vidiqal
Baş məşqçi: Tomas Doll
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:1
***
Saat. 21:54
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) oyununda ikinci qol vurulub.
APA -nın məlumatına görə, Bakıda keçirilən matçın 68-ci dəqiqəsində yenə qonaqlar fərqləniblər. Ağdam klubunu Uroş Matiç cəzalandırıb.
***
Saat. 21:30
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) oyununda ikinci hissə başlayıb.
APA -nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra qonaqlar 1:0 hesabı ilə öndədirlər.
***
Saat. 21:15
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) oyununda fasilə yaranıb.
APA -nın məlumatına görə, Bakıda keçirilən matçın ilk 45 dəqiqəsindən sonra Ağdam klubu məğlub durumdadır.
***
Saat. 21:04
Çempionlar Liqasının III təsnifat mərhələsinin “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr) oyununda hesab açılıb.
APA -nın məlumatına görə, Bakıda keçirilən matçın 34-cü dəqiqəsində qonaqlar fərqləniblər. Tomas De Vinsenti penaltidən komandasını hesabda önə çıxarıb – 1:0.
***
Saat. 20:30
Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirir.
APA -nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxıb.
Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşürlər. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edir.
Mövsümdə ilk dəfə bu arenada meydana çıxan “Qarabağ” bu yay keçirdiyi 5 avrokubok matçında uduzmayıb. Ağdam klubu pley-offa yüksəlmək üçün bu seriyanı davam etdirməlidir. Çempionumuzu hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.
“Qarabağ” APOEL səddini adlasa, avrokubokların qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki Çempionlar Liqasının pley-offunda oynamaq hüququ əsas mərhələdə iştirak anlamına gəlir. III təsnifat mərhələsini keçən komanda pley-offdakı uğurla Çempionlar Liqasının, əks halda isə Avropa Liqasının qrupunda oynayır. Bugünkü uğur “Qarabağ”ın ardıcıl 6-cı dəfə qrupa düşməsini rəsmiləşdirəcək.
Qeyd edək ki, “Qarabağ” – APOEL cütünün qalibi pley-offda “Ayaks” – PAOK duelinin güclüsü ilə qarşılaşacaq. Bakıdakı matçda mübarizəni dayandıran komanda isə Avropa Liqasının pley-offunda “Sutyeska” – “Linfild” cütünün qalibi ilə görüşəcək.
Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
Çempionlar yolu
13 avqust
20:30. “Qarabağ” (Azərbaycan) – APOEL (Kipr)
Baş hakim: Daniel Siebert (Almaniya)
Qarabağ: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 9. Xayme Romero, 11. Mahir Emreli, 14. Rəşad Sadıqov (k), 17. Abdullah Zubir, 20. Riçard Almeyda.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Queye Maqaye.
Baş məşqçi: Qurban Qurbanov.
APOEL: 27. Vid Belets, 6. Savvas Gentoqlu, 10. Tomas De Vinsenti (k), 11. Musa Süleyman, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Andriya Pavloviç, 30. Giorqos Merkis, 44. Nkolas İoannou, 89. Roman Bezyak, 91. Draqan Mixayloviç
Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqirou, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Cuna Vidiqal
Baş məşqçi: Tomas Doll
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:1