“Turizm işğaldan azad edilən torpaqlarımızda əsas fəaliyyət sahələrindən biri olacaq”. Bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deyib.
Onun sözlərinə görə, bu il turizm sahəsi çətin dövrünü yaşasa da, ilin sonunda şanlı Azərbaycan ordusunun qələbəsi ilə torpaqlarımızın azad edilməsi hər kəsə çətinlikləri unutdurdu.