Qara Qarayev: “Futbolda kobudluq var” – VİDEO

0
278

“Gimnastikaya marağım daha çoxdur. Bəzən ağrılarımız olduqda, elastik hərəkətlərlə bu ağrını dəf etməyə çalışırıq. Düşünürəm ki, idmanda ilk addım gimnastikadan başlayır”.

Bunu milli komandamızın və “Qarabağ” klubunun futbolçusu Qara Qarayev deyib.

O, ATV telekanalında yayımlanan “İdman gimnastikadan başlayır” verilişinin qonağı olub. 29 yaşlı futbolçu gimnastikada digər idman növlərindən fərqli olaraq, kobudluq olmadığını qeyd edib:

“Fikrim budur ki, gələcəkdə övladlarım olarsa, onları gimnastikaya yazdırım. Futboldan əvvəl fərqli idman növləri ilə – daha çox karate ilə məşğul olmuşam. Karatedə etdiyim elastik hərəkətlər gimnastikanın tərkib hissəsi olub.

Başqa idman növlərində bir az kobudluq var. Bu istər döyüş növlərinə, istərsə də futbola aiddir. Amma gimnastikada elə deyil. Burada incə və zərif hərəkətlərdən istifadə olunur.

O, ilk dəfə ayaq açdığı Milli Gimnastika Arenasına valeh olduğunu bildirib:

“Koroğlu” metrosundan sağa döndükdən sonra başqa bir dünyaya düşürsən. Milli Gimnastika Arenasına daxil olduqda özümü həqiqətən xaricdəki kimi hiss etdim. Belə bir arena görməmişdim. Bura məni valeh etdi”.

videoya aşağıdakı linkdən baxa bilərsiniz

//baku.tv/az/dunyaa/48143/