Qara dəliyin sirri çözüldü – Görün ulduzları necə məhv edir

0
48

Alimlər nəhəng qara dəliyin iki ulduzu necə məhv etdiyini açıqlayıblar. Tədqiqatçıların sözlərinə görə, bu müntəzəm partlayışlar qara dəliklər ətrafındakı obyektlərin yayılmasını və məsafələrini ölçmək üçün yeni imkanlar təqdim edir.

Astronomlar qara dəliyə çox yaxınlaşan ulduzun güclü cazibə qüvvəsi tərəfindən parçalanmasının şahidi olublar. Bu hadisədən sonra ulduzun qalıqları disk şəklində qara dəliyin ətrafında toplanıb, “ulduz məzarlığı” əmələ gətirib. Bu toqquşma hər 48 saatdan bir təkrarlanan rentgen şüalarına səbəb olub.

Komandaya rəhbərlik edən Matt Nicholl bu hadisəni bir dalğıcın suya hər dəfə girdiyi zaman sıçradığı su ilə müqayisə edib:

“Ulduzun qara dəliyin ətrafındakı qaz diski ilə hər toqquşması böyük bir qaz partlayışına və rentgen şüalarına səbəb olub. Bu, bir kəşfdə iki kosmik sirri həll etmək deməkdir”.