Qara əncir təkrarolunmaz qoxusu sayəsində dəridə qalıcı təsir buraxır. Artıq uzun illərdir ki, onun ətirindən kosmetologiyada istifadə edilir.
Bu xoş ətirli meyvənin dəriyə təsirləri ilə tanış olun.
Dəri nəmlənir
Bir çox gözəllik sirrinin gizli qəhrəmanı olan əncir dəriyə həm parlaqlıq, həm də nəm verir. Çünki əncirin tərkibində dəri üçün faydalı olan A və C vitaminləri var. A vitamini dərinin nəm balansını bərpa edir, C vitamini isə dəriyə parlaq və sağlam görünüş verir.
Sakitləşdirir
Zülal, kalsium, B vitamini və dəmirə qədər bir çox mühüm mineral və vitamin ehtiva edən əncir bədənə enerji verir, halsızlığı aradan qaldırır. Əgər çox stressli bir gün keçirmisinizsə, əncir yeyin. Əncir xoşbəxtlik və sevinc deyilən serotonin hormonlarını gücləndirir. Eyni zamanda, əncir qoxusu zehni açır və bütün fiziki yorğunluqlardan arındırır.
Yeri gəlmişkən, əncir notları əsasında hazırlanan ətirlər yay ayları üçün yüngül və idealdır. Bunun üçün əncirlər qurudulur və daha sonra təbii yağların içində dəmlənir. Belə ətirlərin ətrafa yaydığı qoxular insana rahatlıq və yüngüllük bəşx edir.