“Qanlı Ay” tutulması gözlənilir

0
11

Martın 14-də gözlənilən tutulmanın maksimum mərhələsində Ay diski qırmızıya çevrilə bilər.

Bu barədə Moskva Planetariumunun mətbuat xidməti məlumat yayıb.

Astronomların fikrincə, martın 14-də Bakı vaxtı ilə saat 10:59-da tam tutulmanın maksimum mərhələsi başlayacaq. Bu zaman Ayın qaralması (qırmızılaşması) maksimum həddə olacaq. Bu hadisə “qanlı Ay” kimi tanınır.

Ay bir saatdan çox müddətə Yerin kölgəsində qalacaq.

Atmosferin vəziyyətindən və bəzi digər amillərdən asılı olaraq, Ay diskinin qaralması tutulmadan tutulmaya qədər fərqlənə, qırmızı rəngin intensivliyi isə boz-qəhvəyidən narıncıya qədər dəyişə bilər.