Qan xərçənginin ilkin əlamətləri bəlli oldu

0
556

Leykozlara erkən mərhələlərdə düzgün diaqnoz qoymaq həqiqətən çətindir. Çünki qan xərçəngi xəstənin tibbi müayinələr zamanı başqa bir səbəbdən həkimə müraciət etdiyi zaman aşkar edilir.

Bu sözləri tibb elmləri namizədi, Rusiya Təbiət Elmləri Akademiyasının professoru, Rusiya Onkoloqlar Birliyinin üzvü Roman Temnikov deyib.

Onun sözlərinə görə, başağrısı və başgicəllənmə, zəif iştah, halsızlıq, yorğunluq, o cümlədən çəki itkisi kimi simptomlar qan xərçənginin erkən əlamətləridir.

Temnikov bildirib ki, sonrakı mərhələlərdə xəstəlik taxikardiya, bədəndə göyərmələr, gec sağalan yaralar, dodaqların və dırnaqların maviyə çalması, huşitmə, qıcolmalar, oynaqların və sümüklərin ağrısı kimi özünü göstərə bilər.

İlkin əlamətlər aşkarlandığı zaman həkimə müraciət etməyin zəruriliyini vurğulayan onkoloq qeyd edib ki, xəstənin trombosit və eritrositlərin azalması fonunda çoxsaylı yetişməmiş elementin yaranması mütəxəssislər üçün xəbərdarlıqdır.