Qan donduran hesabat: Təcavüzkarlar ukraynalı qaçqın uşaqları hədəf alırlar

0
214

Böyük Britaniyada uşaqlara təcavüz edən cinayətkarlar Ukraynadan qaçan qaçqınlara “humanitar yardım” göstərdiklərini iddia edərək Polşaya gedirlər.

Böyük Britaniyanın Milli Cinayət Agentliyi (NCA) 10 tanınmış təcavüzkarın Rusiyanın işğalından sonra altı həftə ərzində Polşaya getdiyini açıqlayıb.

İmmiqrasiya rəsmiləri və hüquq-mühafizə orqanları ilə görüşdən sonra 10 nəfərin hamısından Polşanı tərk etmələri istənilib.

“Ukraynadan qaçqın düşmüş azı min nəfər müşayiət edilməyən uşaq var. Onların təhlükəsizliyinə əmin olmaq çox vacibdir”, – deyə NCA-nın sözçüsü bildirib.

Səlahiyyətlilər deyirlər ki, məhkum olunmuş uşaq təcavüzkarlarından getdikləri ölkələrə cinayət qeydlərini bəyan etmələri tələb olunur, lakin bunu etmirlər.

Hazırda səylər bu kimi cinayətkarların Polşaya və ya digər ölkələrə səyahət etmələrinin qarşısını almaq və qaydalara əməl etmədikdə onları oradan çıxarmağa yönəlib.