Avropadakı vəziyyətdən sonra bir çox ölkədə tədarükü dayandırılan “AstraZeneca” peyvəndinin adı dəyişdirilib.
İsveç Sağlamlıq Məhsulları Agentliyinin saytında qeyd edilən məlumata görə, onun yeni adı “Vaxzervia” olacaq.
Qeyd olunur ki, ad dəyişikliyindən sonra dərmanın tərkibində heç bir dəyişiklik olmayacaq. Həmçinin, yeni məhsulun etiketlənməsi və qablaşdırılması fərqli ola bilər.
Sözügedən peyvəndin istifadəsini dayandıran son ölkə Kanada olub. Orada dərman artıq 55 yaşdan yuxarı insanların vaksinasiyası üçün istifadə olunmayacaq.
Kanadalı mütəxəssislərin fikrincə, “AstraZeneca” ilə vaksinasiya olunanlarda tromboz ehtimalı 100 000-də 1-dir. Əvvəl hesab edirdilər ki, bu təsir milyon insandan birində müşahidə olunur.
Qeyd edək ki, bəzi Avropa ölkələri peyvənd edilən xəstələrdə tromboz aşkarlanmasından sonra “AstraZeneca”dan istifadəni dayandırıb və ya birbaşa qadağan edib.
Eyni zamanda, dərman istehsalçıları onun təhlükəsiz olmasında israrlıdır.