ATA NƏSİHƏTİNİ ŞƏHİD ANASINA VERDİYİ ANDLA DƏYİŞƏN OĞUL…
Dünya onun gözlərində Qarabağ boyda bir dərd idi. Təkbaşına meydanda düşməniylə yox, həm də düşməninin dostlarıyla mübarizə aparırdı. Böyük Torpağın Böyük Oğlunun tək davamçısı, xalqının ümid, pənah yeri idi…
Bir millətin lideri olmaq asandı. Amma lider olaraq qəbul olanmaq çətindi… Bir də Heydər Əliyev kimi bir dühanın oğlu olaraq ona layiq olmaq kimi bir məsuliyyət var idi üzərində. Ən ağır yükü isə ATA VƏSİYYƏTİ ilə yaşamaq idi… OĞUL, SƏN QARABAĞI AZAD ETMƏLİSƏN!!! ATA, MƏN QARABAĞI AZAD EDƏCƏM!!!
İllər keçir. Azərbaycan xalqının səbri tükənmək bilmir, liderinə inamı isə günü-gündən artır. Ətrafındakı düşmənlərdən başqa içimdəki düşmənləri də ram etmək eyni zamanda ATA VƏSİYYƏTİni həyata keçirməyin vaxtı olduğunu dərk edirdi…
Yuxusuz gecələr… Həyəcanlı anlar…Dünyanın gözü onda, onun gözü xalqında…Nə olursa olsun qalib gəlməlidir .. 30 il millətinin çəkdiyi məğlubiyyət xəcalətini dəf etməlidir…Düşməni kimlərəsə arxalanıb ona meydan oxuyur, o isə verdiyi SƏFƏRBƏRLİK əmrinə meydana axışan oğullara güvənib mübarizəyə atılır. Və yaxşı başa düşür ki, o oğulları meydana anaları Vətənə qurban deyib göndərib…Demək , xalq ona güvənib…
Qardaş qardaşa dar gündə gərəkdir deyib, atalar. Türkiyədə canıbir, qanıbir qardaşı Rəcəb Tayyib Ərdoğanla əl-ələ verib düşmənə meydan oxuyur…Doğrudan da həm Türk olmaq həm də Türk olmamaq çətindir. Çünki Türk oldunsa dünyayla savaşmalısan, Türk deyilsənsə Türklə savaşmalısan. Ən qorxulusu isə Türk olmayıb Türklə savaşmaqdır!!! Bütün dünya 2 Türk qardaşın qələbəsini həsədlə izləyir…
Şanlı 44 gün…Ömrünə yazılan neçə illərdən şərəfli olacaq bir tarix olur bu 44 gün…Bir çağırışıyla xalq DƏMİR YUMRUQ olub liderinin ətrafında birləşir. Durna qatarı kimi Şəhid qatarı üz tutur Vətənə… Şəhid olan hər bir oğulla öz balası kimi halallaşıb indi ATA VƏSİYYƏTİNİ Şəhid analarına verdiyi OĞULLARINIZIN QİSASINI ALACAM andıyla əvəz edir…
Qələbə soraqlı 44 gün ərzində gələn Şəhid Xəbərlərindən sarsılsa da, hər dəfə ordumuzun azad etdiyi torpaqları qürurla xalqına xəbər verir… SUQOVUŞAN BİZİMDİR… FİZULİ BİZİMDİR…ŞUŞA AZADDIR… ZƏNGİLAN BİZİMDİR…AĞDAM BİZİMDİR…
VƏ NƏHAYƏT 44 GÜN…MÜZƏFFƏR ORDUNUN MÜZƏFFƏR SƏRKƏRDƏSİ OLMAQ ŞƏRƏFİNİ YAŞAYIR… 44 gündə düşmənlərdən 30 iillik qisasını alır, ona inanan ,güvənən xalqına QALİB MƏMLƏKƏTİN QALİB VƏTƏNDAŞI adını qaytarır… Dünyaya bir daha sübut edir ki, QARABAĞ AZƏRBAYCANDIR…
Bu gün QALİB MƏMLƏKƏTİN QALİB SƏRKƏRDƏSİnin 60 yaşı tamam oldu. Bütün xalq böyük sevgiylə liderinin doğum gününü qeyd edirdi… 60 ilə sığışdırdığı bir ömürdə çox nailiyyətlər əldə etdi, uğurlar qazandı. Amma ən böyük titulu QALİB MƏMLƏKƏTİN QALİB SƏRKƏRDƏSİ titulu oldu… Çünki bu adı Şəhid və Qazilərlə birgə qazandı… Axı bu qələbə üçün Şəhid Analarına QİSAS ANDI içmişdi…
Kollektivində təmsil olunduğum İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovun şəxsi təşəbbüsü ilə bu gün Azərbaycan Nəşriyyatının 8-ci mərtəbəsində Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin akt zalında 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə və Qalib Sərkərdə İlham Əliyevin 60 illiyinə həsr olunmuş tədbir keçirildi…Tədbirin Fəxri Qonaqları qismində Şəhid anaları və Qazilər dəvət olunmuşdular. Onlarla yanaşı nazirliklərin əməkdaşları, səfirlər, media nümayəndləri də tədbirə qatılmışdılar…
Tədbiri İNK sədri Rasim Məmmədovun çıxışından sonra əməkdar jurnalist Flora Xəlilzadə idarə etdi. Fəxri Qonaq kimi dəvət olunan qonaqlar arasında Şəhid Milli Qəhrəman Eldar Xəlilovun anası Tərlan anası da var idi. Şəhid anası öz çıxışında Qərbi Azərbaycandan didərgin düşdükləri o ağrı-acılı günləri xatırladı. Ananın göz yaşları ilə oğlu haqda danışdığı xatirələr hamını kövrəltd… Tərlan ana üzünü zalda əyləşən Şəhid analarına və Qazilərə tutub , qarşınızda baş əyirəm sizin oğullar, bizim oğulların qisasını aldılar deyib çıxışını bitirdi.
Səhnədə asılan xalça isə Qalib liderə İNK adından hədiyyə idi. Xalça İNK sədri Rasim Məmmədovun sifarişilə toxunulub. Tədbirdən sonra xalça səbəbkara göndərildi. Əynində hərbi forma geyinib Dəmir yumruq tutub Xudafərin körpüsünün fonunda Şuşanın talan olmuş Topxana meşəsində dayanıb sanki xalqına təşəkkür edirdi… Xalça üzərinə toxunulmuş portret o qədər canlı idi ki, sanki, şəkil də dil açıb deyəcəkdi- QARABAĞ AZƏRBAYCANDIR…
DOĞUM GÜNÜN MÜBARƏK, DOĞUM GÜNÜNÜ TARİX EDƏN QALİB ORDUNUN QALİB SƏRKƏRDƏSİ!!!
İNK-DAMM-SİM-i mətbuat xidmətinin sədri Sevinc Muradxanlı.