Qalada “Tullantıdan sənətə” sərgisi açılacaq

0
544

Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində sentyabrın 30-da “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda VIII Beynəlxalq “Tullantıdan sənətə” sərgisi açılacaq.
Layihə Heydər Əliyev Fondunun təşəbbüsü, Təmiz Şəhər ASC-nin təşkilatçılığı, İDEA İctimai Birliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Q Gallery” incəsənət qalereyasının dəstəyi ilə həyata keçirilir.
Sərgidə 14 ölkədən 21 rəssam-heykəltəraşın əl işləri nümayiş olunacaq. Azərbaycan, Çin, Finlandiya, Hindistan, Xorvatiya, İordaniya, İran, Monteneqro, Özbəkistan, Rusiya, Türkiyə, Şimali Makedoniya, Ukrayna və Yaponiyadan olan incəsənət nümayəndələrinin əl işləri təqdim olunacaq. Ənənəvi keçirilən sərgi bu il 650 illik yubileyi qeyd olunan dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığına həsr olunub.
Hazırda rəssamlar Qala qəsəbəsində əsərlər üzərində işləyir.