Qafqazşünas alim Naxçıvanda

0
830

Qafqazşünas alim Naxçıvanda

 Qafqazşünas alim Naxçıvanda

Bu gün İctimai Nəzarət Koalisiyası İB-nin sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi İB-nin vitse-prezidenti, Sabitlik və İnkişaf Mərkəzi İB-nin sədri Rasim Məmmədov Azərbaycanda qonaq olan tanınmış qafqazşünas, tarixçi, alim, publisist Oleq Yuryeviç Kuznetsov ilə birlikdə Naxçıvan MR-na səfər etmişlər.
Səfər Rasim Məmmədov, Oleq Kuznetsov və AMEA-nın Kimya İnstitutunun professoru Fikrət Sadıqovun “Əshabi-Kəhf” dini-mədəni abidə kompleksinə ziyarətləri ilə başlamışdır.
 Qafqazşünas alim NaxçıvandaBu gün eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin rəhbəri akademik İsmayıl Hacıyev ilə görüş keçirilmişdir.
Onu da qeyd edək ki, Rasim Məmmədov Naxçıvan şəhər xəstəxanasında ağır nevrocərrahiyyə əməliyyatı keçirmiş xəstə və onun yaxınları ilə görüşmüş, NMR-nin tanınmış rentgenoloq-radioloqu Qoçəli Dünyamalıyevlə öz təəssüratlarını bölüşmüşdür.
Oleq Kuznetsov və Rasim Məmmədov Naxçıvanda “Şərq qapısı” qəzetinə müsahibələr vermiş, “Heydər Əliyev” muzeyini ziyarət etmiş, Ordubad rayonunda olmuşlar.
Səfər iki gün davam edəcək.