Qafqazın “qaz kralı” ilə oğlunun əmlakına həbs qoyuldu

0
916

Məhkəmə Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukovla atası, Qafqazın “qaz kralı” kimi tanınan Raul Araşukovun əmlakına həbs qoyub.

Müvafiq qərar cinayətkar dəstənin yaradılması və qazın oğurlanması ilə bağlı cinayət işi çərçivəsində həyata keçirilib.

Xatırladaq ki, bu il yanvarın 30-da saxlanılan Qaraçay-Çərkəz Respublikasının senatoru Rauf Araşukov 3 nəfərin qətlində, həmçinin 30 milyard rubldan çox məbləğdə qaz oğurluğunda ittiham olunur. Senatorun atası, Qafqazın “qaz kralı” kimi tanınan Raul Araşukov da oğlundan bir gün sonra saxlanılıb. O da oğlu kimi eyni cinayət maddələri üzrə ittiham edilir.