Qadınlar və kişilər gündə nə qədər su içməlidir?

0
327

Kişilərə gündə 3,7, qadınlara isə 2,7 litrdən çox su içmək tövsiyə olunmur. Uzun məsafələrə qaçışdan sonra çoxlu maye qəbul edən idmançılarda isə zəhərlənmə riski yüksəkdir. Gündəlik 4 litrdən çox su istehlakı bədənin intoksikasiyasına səbəb ola bilər və bu da öz növbəsində beyin funksiyasının pozulmasına gətirib çıxara bilər.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) eksperti Bryus Qordon danışıb.

“İnsanın içdiyi gündəlik mayenin miqdarı onun fiziki fəaliyyət səviyyəsinə və yaşadığı iqlimə uyğun olmalıdır. Sudan zəhərlənmə hiponatremiya ilə nəticələnə bilər. Böyrəklər artıq suyu bədəndən çıxarmağa vaxt tapmır ki, bu da qanda natrium ionlarının konsentrasiyasının kritik həddə qədər azalmasına səbəb olur və bu, elektrolitə təsir edir. Orqanizmin tarazlığını pozur və bir sıra xəstəliklərə səbəb olur”, – Qordon bildirib.

Həddən artıq su içdikdə böyük miqdarda mikroelementlər sidiklə birlikdə xaric olur və bu, müxtəlif vacib maddələrin çatışmazlığına səbəb olur. Eyni zamanda insanın böyrəkləri yaxşı işləmirsə, bu, ürək xəstəliyi, yüksək təzyiq, böyrək problemləri və digər xəstəliklər yaradır.

Yüngül hallarda həddindən artıq intoksikasiya baş ağrısına səbəb olur, ağır hallarda bu vəziyyət epilepsiyaya və sinir zədələnməsinə səbəb ola bilər. Sudan zəhərlənmə varsa, dərhal həkimə müraciət etməlisiniz.