Ərlərini qumar oynamaqdan çəkindirə bilməyən qadınlar onları polisə “satıblar”.
Hadisə Türkiyənin Mardin şəhərində baş verib.
Bildirilir ki, qadınlar polislərə ərlərinin toplaşdığı ünvanı veriblər. Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları göstərilən ünvanda əməliyyat keçiriblər.
Nəticədə, səkkiz nəfər qumar oynadıqları yerdə saxlanılıb.
Onların hər biri 1225 lirə (298 AZN) cərimələnib.
Bundan başqa, pandemiya dövründə qadağalara baxmayaraq, qəhvəxananı açan sahibkara qarşı da yoxlamalar başlanılıb.