Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər.
Report-un məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb.
Rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlıarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər.
Ağır bədən xəsarətləri alan qadın qailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun v əziyyətinin ağır olduğu bildirilir.