Qadın şahmatçılarımız Ermənistan komandasına qalib gələrək bürünc medal qazandılar

0
601

Gürcüstanın Batumi şəhərində şahmat üzrə komandalararası 22-ci Avropa çempionatında Azərbaycanın qadın şahmatçılardan ibarət komandası bürünc medala sahiblənib.

Son turda Ermənistan komandası ilə qarşılaşan Günay Məmmədzadə Lilit Mkrtçyana, Ülviyyə Fətəliyeva Mariya Gevorqyana qalib gəlib. Xanım Balacayeva Elina Danielyan, Gülnar Məmmədova isə Anna Sarqsyanla xalı yarı bölüblər.

Görüş Azərbaycan millisinin 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.