Sankt-Peterburq sakini Yelena Panina ölmüş insana ərə getmək niyyətindədir.
Bunun üçün qadın məhkəməyə müraciət edib.
Ölümündən üç gün öncə 54 yaşlı Vladimir Şanin Yelenaya üzük hədiyyə edərək izdivac tarixini müəyyən edib. Lakin bəlli səbəblərə görə mərasim baş tutmayıb.
İndi isə qadın məhkəmə vasitəsilə planlaşdırılmış evliliyi qeydiyyatdan keçirmək istəyir.
Beləliklə, Y.Panina mərhumun mirasına iddia etmək hüququna malik olacaq.