Qadın ərinin olduğunu 21 İL SONRA öyrəndi

0
455
Qadın ərinin olduğunu 21 İL SONRA öyrəndi

Rusiyanın Orenburq vilayətində maraqlı hadisə baş verib: qadın 21 il sonra evliliyi haqqında xəbər tutub.

Bu barədə Soçi Rayon Məhkəməsinin saytında bildirilib.

Belə ki, qadın 1999-cu ildə onun xəbəri olmadan bağlanan nikah haqqında yalnız 2020-ci ildə öyrənərək nikahı etibarsız elan etməyi xahiş edib.

Məlum olub ki, 21 il öncə onunla qadınla bir universitetdə oxuyan oğlan ona “yalançı evlilik” təklifi edib, lakin rədd cavabı aldıqda, onun xəbəri olmadan saxta sənədlər hazırlayıb.

Araşdırmalar nəticəsində sənədlərdəki imzanın qadına məxsus olmadığı ortaya çıxıb.

Məhkəmə nikahın etibarsız olduğunu təsdiqləyib