Qadın ərindən intiqam almaq üçün öz övladını öldürdü – FOTO

0
516
Tatarıstanda 32 yaşlı ana ərindən intiqam almaq üçün öz özvladlarını bıçaqlayıb.
Albina İsmaqilova gecəykən yatmış uşaqlarına- Damir və Rinata hücum çəkib. Onları bir neçə yerdən bıçaqlayan qadın ərinin evə gəlməsini gözləyib və qanlar içərisində selfi çəkdirib. 2 yaşlı Damir hadisə nəticəsində ölüb, Rinatın həyatı üçün həkimlər hazırda mübarizə aparırlar.
Qonşuların dediyinə görə, Albina uşaqları ilə həmişə yaxşı rəftar edib , onlara yaxşı baxıb.
Qadın ərinin ondan boşanmaq istədiyini bildikdən sonra belə amansız intiqam üsuluna əl atıb. Əri Albinanın onu davamlı olaraq xəyanətdə ittiham etməsin dözməyib və oktyabrın 7-nə keçən gecə evdən gedib. Bundan dərhal sonra Albina uşaqlarını bıçaqlayıb.
Daha sonra onların qanlar içərisindəki şəkillərini ərinə göndərərək özünə də zərbə endirib. Əri evə gələn kimi təcili yardım çağırsa da bir övladı artıq həyatını itirmişdi. Albina ailə faciəsi törətməzdən öncə sosial şəbəkə hesabında ailəsini sevdiyini yazıb. ”Mən ailəmi sevirdim. Mən daha sağ deyiləm, bağışlayın”.
Hazırda faktla bağlı araşdırma aparılır.
Albina İsmaqilova
Albina İsmaqilova