Qaçışla bu xəstəlikləri müalicə etmək mümkündür

0
204

Böyük şüarım budur: nə qədər pis olsan da, qalx, geyin və get. Depressiv anlarında evdə oturma, küçəyə çıx, yavaş-yavaş gəzməyə başla və ya qaç. Məqsədsiz. Son hədəf olmadan. Qulaqcıqlarınızda sevimli musiqiniz!

 Rusiya mətbuatı xəbər verir ki, bu sözləri psixoterapevt, tibbi psixoloq, psixotravmatoloq İrina Mansurova qaçışın həm fiziki, həm də psixoloji sağlamlığa təsirləri barədə danışarkən deyib.

Həkim bildirib ki, bir-iki saat ərzində hətta ən güclü melanxoliya da fiziki yorğunluqla əvəz olunacaq.

“Bu, kiçik bir hiylədir – hərəkət edin, düşünməyin, çünki istənilən məşğuliyyət neqativ fikirləri qovmaq xüsusiyyətinə malikdir. Gəzinti və qaçış psixi xəstəliklər üçün əla vasitədir, həm də ən asan və sərfəli fiziki fəaliyyət növüdür. Qanın oksigenlə zənginləşməsi nəticəsində bədənin ümumi tonusunu yaxşılaşdırır və stresli vəziyyətdən çıxış yoluna keçidi stimullaşdırır”.

Həkim bildirib ki, uzun müddət davam edən stressdən və ya depressiyadan sonra yerimək və qaçmağın faydaları müstəsnadır:

“Fakt budur ki, hipofiz vəzi bu anlarda morfinə bənzər maddələr, endorfinlər istehsal edir. Sevinc və xoşbəxtlik hissi adrenalinin endorfinləri neytrallaşdırması nəticəsində meydana gəlir, buna görə də yerimək və qaçmaq əla antidepresandır. Üstəlik, təsir təkcə fəaliyyət zamanı deyil, həm də bir müddət sonra da davam edir və bununla da əhval-ruhiyyə yaxşılaşır, insan xoşbəxt olur. Həmçinin qaçış zamanı ürək əzələsinin məhsuldar işini artıran, dözümlülüyü və fiziki gücü artıran aqressiya hormonu ifraz olunur. Bundan əlavə, adrenalin qaraciyərdə qlikogenin parçalanmasını tənzimləyir”.

İdmanın həm də testosteron hormonlarının ifraz olunmasına təsir etdiyini vurğulayan psixoloq deyib ki, bu, qadın orqanizmində az miqdarda sintez olunan kişi hormonudur:

“Hormon bədəndə yağların azalmasına təsir edir və əzələləri möhkəmləndirir, maddələr mübadiləsini tənzimləyir, əzələ liflərinin və toxumalarının elastikliyini qoruyan kollagenin istehsalını təşviq edir. Yeri gəlmişkən, qadın cinsi hormonu olan estrogen də kişi orqanizmidə az miqdarda sintez olunur. Empatiya hissi və emosional dəyişikliyi tənzimləyir, fiziki həzz və cinsi istəyi artırır, həmçinin kollagenin istehsalını təşviq edir. Bundan əlavə, qaçış və gəzinti insulin səviyyəsini əhəmiyyətli dərəcədə azaldır, bu da karbohidrat mübadiləsinə faydalı təsir göstərir”.

İrina Mansurova sonda deyib ki, əgər siz axşamlar gəzintiyə çıxsanız və ya qaçsanız, o zaman bədən enerji ehtiyatı istehlak edəcək, həm də oksigen və təmiz hava ilə doyurulacaq:

“Həddindən artıq stress və narahatlıq hissi aradan qalxacaq ki, bu da sizə rahat yuxuya getməyə imkan verəcək. Yuxunuz güclü və sağlam olarsa, stress və depressiya həyatınıza nüfuz edə bilməyəcək”.