Qaç ki, çox yaşayasan

0
377

Alimlər qeyd edib ki, bunun üçün marafon qaçışlarına ehtiyac yoxdur. Gün ərzində 50 dəqiqə qaçış bunun üçün yetərlidir

Qaçış həqiqətən də ömrü uzadır. Alimlər 14 araşdırma mövzusunu təhlil edərək belə bir nəticəyə gəliblər.

Araşdırma nəticəsində 5,5 il və 35 il müddəti aralığında aparılan elmi araşdırma zamanı 232 min insanın məlumatları analiz edilib. Həmin müddət ərzində 30 min insan dünyasını dəyişib.

Müəyyən edilib ki, istənilən qaçış məşqlərinin sayı bütün səbəblərdən ölüm riskini 27 faiz, ürək-damar xəstəliklərindən ölüm riskini 30 faiz, xərçəngdən ölüm riskini 23 faiz azaldır.

Alimlər qeyd edib ki, bunun üçün marafon qaçışlarına ehtiyac yoxdur. Gün ərzində 50 dəqiqə qaçış bunun üçün yetərlidir. Hərəkətin sürəti saatda 9 kilometr olmalıdır.

Ancaq alimlər qaçışla uzun ömrün əlaqəsini açıqlaya bilməyiblər. Bununla yanaşı, məlumdur ki, fiziki məşqlər çəkinin azalmasına təsir edir, yaxşı xolesterinin miqdarını artırır və əzələləri möhkəmləndirir.