Qabarmış, şişmiş damarlar nəyin əlamətidir? – Qollar, boyun, alına diqqət

0
661

Bir çox insanlarda elə gəncliyindən, bəzilərində isə irəliləyən yaşlarda bədənin müxtəlif nahiyələrində vena damarları birdən birə dəyişir, qabarır, qalınlaşır, şişib üzə çıxır. Bu mənzərə estetik cəhətdən xoşagəlməz olsa da, bəzən xəstələri narahat etmir.

Venaların qabarmasının səbəb və hansı problemlərdən xəbər verdiyini təqdim edir.

Siz şişmiş venalara biganə qalmamalısız

-Alında çıxmış damarlar

Gicgah, alında damarların gömgöy üzə çıxması, şişməsi genetik faktorlardan, yaşlanma ilə bağlı alın sümük və piy toxumasında gedən dəyişikliklərdən, piy təbəqəsinin azalması və orqanizmin təbii qocalmasından ola bilər.

Digər xəstəlik və patologiya səbəbləri isə aşağıdakılardır:

-Kəllədaxili təzyiq
-Yüksək təzyiq
-Xroniki öskürək
-Kəskin baş ağrıları
-Hamiləlik – bütün bədəndə damarlar genişlənir
-Gün altında çox qalmaq
-Gicgah arteriti – vaskulit – bu ciddi xəstəlik olub, həkim müdaxiləsi tələb edir

-Döşdə, sinədə venaların qabarması

-Bu daha çox dərisi nazik, açıq dərili, eləcə də arıq və damarları dəri səthinə yaxın qadınlarda olur və normaldır.
-Kəskin arıqlama
-Fiziki güc, idman
-Hormonal dərmanların qəbulu
-Hamiləlik

-Damarların varikoz genişlənməsi
-Mastit, mastopatiya
-Süd vəzi toxumasında hansısa yeni törəmənin əmələ gəlməsi – bu zaman limfa vəziləri də şişir.
-Adətən qadınlarda süd vəzilərində venalar şişəndə ağrı olur
-Mammoloqa müraciət mütləqdir

-Penisdə damar genişlənməsi

Cinsiyyət orqanında gözə çarpan damarlar adətən normadır. Kişilərdə genetik, idman, iş, fiziki yük, ürək-damar sistemindən asılı olaraq, yaşla bağlı damarlar üzə çıxa bilər.

Digər səbəblər:

-Varikosel – yumurtalıqların qan dövranı pozulması
-Tromboz
-Limfedema
-Peyroni xəstəliyi – orqanın iltihabı, əyilməsi

Əgər damar genişlənməsi ilə yanaşı ağrı, sidik zamanı ağrı, toxuma dəyişikliyi, ereksiyada problem, axıntı, qasıqda şişkinlik varsa uroloq androloqa müraciət edin

-Qollarda damarların qabarması

İstər kişi, istər qadınlarda xoşagəlməz görünrü və diskomfort yaradır.
Səbəbləri normal da ola bilər, xəstəlik də.

-Genetik, irsi
-Yaşla bağlı piy qatının azalması
-Fiziki iş. idman
-Hormonal pozulma, disbalans
-Tromboflebit
-Tromboz
-Yüksək qan təzyiqi
-Qan xəstəlikləri

Əgər qollarda damar çıxması digər ağrı, şişkinlik və digər əlamətlər verirsə, fleboloq və travmatoloq ortopedə müraciət edin