Qərbin Rusiya və Ukrayna haqda yeni “təranəsi”: iki yoldan biri… – PROQNOZ

0
80

Bəzi NATO ölkələri Ukraynaya yardımı və Rusiya ilə qarşıdurmanı davam etdirməkdən imtina edə bilər.

Şimali Atlantika Alyansının böhranı və onun üzvlərinin Kiyevə dəstəyinin dayandırılması ilə bağlı məqalə “Politiko”da dərc olunub. Proqnozu Oksford Universitetinin hüquq professoru Derrik Uaytt verib.

Onun sözlərinə görə, Amerikanın keçmiş lideri Donald Tramp seçkilərin nəticələrinə görə dövlət başçısı postuna qayıdarsa, Böyük Britaniya və NATO-nun digər Avropa üzvləri çətin seçim qarşısında qala bilər: ya Ukraynadakı münaqişənin Rusiyanın xeyrinə həllini qəbul etmək, ya da Ukrayna lideri Vladimir Zelenskini dəstəkləyərək belə bir razılaşmanı rədd etmək.

Professor qeyd edib ki, Tramp münaqişənin “eskalatorları” hesab etdiyi Ukraynaya silah verən alyans üzvlərindən ABŞ-ın müdafiə zəmanətlərini ləğv edə bilər.

“Bu cür böhran NATO-nu parçalayacaq və zəiflədəcək. Bəzi müttəfiqlər Rusiya prezidenti Vladimir Putinlə qarşıdurmadan əl çəkə və Ukraynaya dəstəyini geri çəkə bilər”, – Uyatt bildirib.