İranın Qərbi Azərbaycan əyalətində koronavirusdan ölənlərin sayı 784 nəfərə çatıb.
Bu barədə Qərbi Azərbaycanın Koronavirusla Mübarizə Qərargahının rəsmisi İrəc Mühibbi məlumat yayıb.
O bildirib ki, hazırda 417 nəfər xəstəxanalarda müalicə alır:
“İnfeksiyaya yoluxanlardan 122 nəfər reanimasiya şöbəsindədir. Onlardan 40 nəfərinin vəziyyəti ağırdır və süni tənəffüs aparatına qoşulub”.