Tehrandakı Qərb diplomatları yeni prezident Məsud Pezeşkianın dövründə ölkələrinin İranla münasibətlərinin yaxşılaşacağına şübhə edirlər.
Bu barədə Britaniyanın “The Financial Times” qəzeti anonim mənbələrə istinadən məlumat yayıb.
Onların fikrincə, İranda mənəvi lider Ayətullah Əli Xamenei və İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan siyasi sistem Pezeşkiana ölkədə genişmiqyaslı daxili islahatlar aparmağa imkan verməyəcək.
“Biz Pezeşkianın sözlərini böyük maraqla dinləyirik, lakin söz vaxtı keçib. Bizim hərəkətə ehtiyacımız var”, – deyə Qərb diplomatlarından biri bildirib.