Türkiyə şirkətləri Rusiya bazarında Qərb şirkətlərinin getməsindən sonra boşalmış yerləri inamla tutublar.
Bu barədə Türkiyənin “Dünya” nəşri məlumat yayıb.
“Türkiyə Rusiya Federasiyasının diplomatik və iqtisadi əlaqələr saxladığı azsaylı dövlətlərdən biridir. Qərbin embarqosuna qoşulmayıb və Rusiya ilə ticarəti dayandırmayıb. Əksinə, Qərb şirkətlərinin boşaldığı yerləri türk şirkətləri tutdu”, – məqalədə deyilir.
Nəşr Türkiyə brendlərinin Rusiya bazarında ən böyük oyunçuya çevrildiyinə də aydınlıq gətirir. Bundan başqa, türk istehsalçıları məişət texnikası sahəsində xüsusi uğurlar əldə ediblər.