Rusiya Federasiyası prezidentinin köməkçisi, dəniz kollegiyasının sədri Nikolay Patruşev şuranın ilk iclasında deyib ki, Qərb ölkələri Rusiyanın dəniz infrastrukturuna çıxışını məhdudlaşdırmağa çalışır.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Patruşevin sözlərinə görə, Qərb bu məqsədlər üçün Rusiya Federasiyasının ərazisində onun strateji əhəmiyyətli obyektlərinə qarşı terror aktları təşkil edir:
“Birləşmiş Ştatlar və onun müttəfiqləri ölkəmizin dünya okeanının resurslarına çıxışının qarşısını almağa, mühüm dəniz nəqliyyatı kommunikasiyalarından istifadə imkanımızdan məhrum etməyə və ya məhdudlaşdırmağa çalışırlar”.
Bundan əvvəl Patruşev qeyd edib ki, Rusiya ABŞ və müttəfiqlərinin Arktikada hərbi mövcudluğunun artırılması fonunda Şimal Donanmasının döyüş hazırlığını gücləndirməyi planlaşdırır.